Mədəniyyət

"CinemaPlus Azerbaijan" kinoteatrında Ulduzlu "Kino gecəsi"

16 Mart 2017 16:38
Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"CinemaPlus Azerbaijan" kinoteatrında martın 17-dən 18-nə keçən gecə üç filmdən ibarət Ulduzlu kinomarafon keçiriləcək. 23:30-dan səhər saat 6:00-dək qonaqlar üçün "Super Alibi", "Bayram axşamı" və "Stalinin Başı" filmləri nümayiş olunacaq. .

Milli.Az bildirir ki, "Super Alibi" filmi "Cinemazadeh" studiyasında məşhur aktyorlar tərəfindən azərbaycan dilinə dublyaj olunub. Həmin aktyorları "Kino gecə"də görmək mümkün olacaq. Həmçinin tədbirdə "Bayram axşamı" və "Stalinin Başı" filmlərinin aktyor heyəti də iştirak edəcək.

Seanslar arası fasilələrdə musiqi müşaəti, furşet masası, alkoqollu və alkoqolsuz içkilər masası olacaq, müsabiqələr keçiriləcək.

Biletləri "CinemaPlus Azerbaijan" kinoteatrının kassalarından əldə etmək olar.

Biletin qiyməti: 25 AZN. VIP 40 AZN

Əlavə məlumat: 012 499 89 88 və ya 119

"CinemaPlus" kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Videonu izləmək üçün şəklə klikləyin:

Bayram Axşamı (Official Trailer)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.