Mədəniyyət

Habil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

16 Mart 2017 16:50
0 Şərh     Baxış: 399

Martın 15-də Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 36 nömrəli Uşaq Musiqi Məktəbi xalq artisti, "Şərəf" və "İstiqlal" ordenli, görkəmli kaman ustası Habil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Milli.Az bildirir ki, Ə.Bədəlbəyli adına 11 illik 23 nömrəli Uşaq Musiqi Məktəbində təşkil olunmuş tədbirdə xalq artistləri Canəli Əkbərov, Fəxrəddin Dadaşov, əməkdar incəsənət xadimi Arif Əsədullayev, İdarənin baş məsləhətçisi Mehriban Qurbanova, uşaq musiqi məktəblərinin direktorları və başqa qonaqlar iştirak ediblər.

Ölməz sənətkar Habil Əliyevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib. Məktəbin xanəndə şöbəsinin müəllim və şagirdləri Habil Əliyevin ifa etdiyi muğamları və onun bəstələdiyi mahnılar səsləndiriblər.

Sonda sənətkarın qızı Vəfa Əliyeva çıxış edərək tamaşaçılarla atasıyla bağlı xatirələrini bölüşüb və ailəsi adınan tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.