Mədəniyyət

"Novruz sevincləri" sizi gözləyir

28 Fevral 2017 13:20
1 Şərh     Baxış: 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinin təşkilatçılığı ilə martın 18-19-da Nizami Kino Mərkəzində Novruz bayramı ilə əlaqədar "Novruz sevincləri" adlı bayram şənlikləri keçiriləcək. 

Milli.Az bildirir ki, şənlikdə Dədə Qorqud, Kosa, Keçəl, Bahar qızı və nağıl qəhrəmanlarının iştirakı ilə kiçik qonaqlara tamaşa göstəriləcək.

Həmçinin, uşaqları Kosa və Keçəlin əyləncəli şousu, tanınmış müğənnilərin çıxışları, rəqslər, müxtəlif oyunlar, viktorinalar, digər sürpriz və hədiyyələr gözləyir.

Bütün uşaqlar və valideynlər bayram şənliklərinə dəvətlidirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.