Mədəniyyət

Gülyanaq şikayət etdi: "Gülyaz mənə kömək etmir"

27 Fevral 2017 16:50
14 Şərh     Baxış: 4 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Gülyanaq Məmmədova "10-dan sonra" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni bacısı, xalq artisti Gülyaz Məmmədovanın ona iradlarından danılşıb:

"Məni ən çox bacım Gülyaz danlayır. Bəzən insan iradı qəbul etmir. Amma oturub fikirləşəndə ki xeyrimə deyir, başlayırsan onlar haqda düşünməyə. Tənqidi hamı qəbul etmir, tərifə uyuruq. Gülyazdan yaxın mənə kim ola bilər ki? Bir dəfə danladı ki, məclisdə pis oxudun. Niyə coşmusan? Əvvəl narazı oldum. Gedib kasetə baxanda gördüm ki, pis oxumuşam. İstər geyimdə, istər həyat tərzində məsləhət verir. Danlayır ki, aparat al, otağa qoy, uşağın ağlayanda biləsən. Amma özü gəlib mənə kömək etmir. Gəlib uşağı öpür, oyadır, gedir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.