Mədəniyyət

Azərbaycanlı şagird "Miss Sinə -2017" yarışmasına qatıldı - FOTO

27 Fevral 2017 13:09
19 Şərh     Baxış: 15 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc azərbaycanlı şagird Aytən Məhərrəmova Gürcüstanda qadınlar arasında ən gözəl sinəyə malik olan xanımı təyin edəcək "Miss Sinə 2017" yarışmasına qatılıb.

Milli.Az xəbər verir ki, sputnik az-a verdiyi müsahibədə Aytən bildirib: "Mənim 18 yaşım var. Azərbaycanda, Bakı şəhərində dünyaya gəlmişəm. 8 ildir ki, Gürcüstanda yaşayıram. Mən, hələ ki, məktəbliyəm. Modellik sahəsində 3 aydır çalışıram. Bir neçə model agentliyi mənimlə sosial şəbəkə vasitəsilə əlaqə saxlayaraq iş təklif etdilər. Mən də bu təkliflə maraqlandım. Hal-hazırda "Golden Brand" modellik agentliyində çalışıram. Hazırda bir sıra dəb nümayişlərində və fotossesiyalarda iştrak edirəm. 

Gənc qızın sözlərinə görə, əvəllər onun işinə görə ailəsi ilə ciddi fikir ayrılığı yaşanıb. Amma tezliklə anam və balaca bacım bu işi nə qədər çox istədiyimi və ciddi cəhdlə calışdığımı gördükdən sonra mənlə razılığa gəldilər. Hal-hazırda onlar məni dəstəkləyirlər. Mənim "Miss Sinə 2017" yarışmasına qatılmağımla əlaqədar ailəmdə heç bir fikir ayrılığı yaranmadı".
 
Aytən deyir ki, müsabiqədə qalib gəlməyi çox da vacib deyil: "Bu yerə layiq olan qalib olmalıdır. Əlbəttə ki, mən də digər iştrakçılar kimi qalib olmaq istəyirəm. Amma qalibiyyət də hələ heç nə demək deyil".

Onu da qeyd edək ki, Aytən gələcəkdə öz modellik karyerasını Türkiyədə və ya İtaliyada davam etdirməyi planlaşdırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.