Mədəniyyət

Orxan Pamuk mükafat aldı

24 Fevral 2017 19:45
1 Şərh     Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli yazıçı, "Nobel" mükafatı laureatı Orxan Pamuk "Xarici ədəbiyyat" kateqoriyasında "Kafamda bir tuhaflık" romanına görə "Yasnaya polyana" mükafatına layiq görülüb.

Milli.Az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, mükafatlandırma mərasimi "Rusiya Dövlət Kitabxana"sında keçirilib.

Yazıçı hələ 2016-cı ildə bu nüfuzlu mükafatın laureatı olub, lakin qaliblərin rəsmi mükafatılandırma mərasimində iştirak edə bilməyib.

Qeyd edək ki, Orxan Pamukun mükafat aldığı "Kafamda bir tuhaflık" romanı 2015-ci ildə çap olunub.

"Yasnaya Polyana" laureatı isə 2003-cü ildə təsis olunub, 2015-ci ildən "Xarici ədəbiyyat" kateqoriyası üzrə də verilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.