Mədəniyyət

Cəbiş müəllimin arvadının xəyanət görüntüləri - FİLMDƏN KƏSİLƏN YER - VİDEO

20 Fevral 2017 14:17
66 Şərh     Baxış: 28 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tədqiqatçı Füzuli Sabiroğlu "Bizim Cəbiş müəllim" filmindən kəsilən kadrları üzə çıxardıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, deyilənə görə, film belə bitməməliymiş. Cəbiş müəllimin arvadı alverçi qonşusu Əbülfəz ilə Cəbiş müəllimə xəyanət edir. Bu xəyanəti görən Cəbiş müəllim isə könüllü cəbhəyə yollanır və film onun ölümü ilə başa çatır.

Filmin ssenari müəllifi, xalq yazıçısı Maqsud İbrahimbəyov bu iddiaları təkzib edərək filmin məhz onun yazdığı kimi bitdiyini deyirdi.
Lakin dünən Füzuli Sabiroğlunun Yutub-a yüklədiyi bir video bu köhnə şaiyəni yenidən aktuallaşdırır.
Belə ki, aşağıda təqdim olunan kadrda Sovet dövrü üçün intim sayıla biləcək bir səhnə çəkilib. Hələ bu azmış kimi, həmin səhnədən anons məqsədi ilə də istifadə olunub. Lakin həmin səhnə filmə salınmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.