Mədəniyyət

"Dedim get denən Arif ölməyib, mənimlə danışır" - Xalq artisti - VİDEO - FOTO

20 Fevral 2017 13:20
8 Şərh     Baxış: 3 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Evgördü" verilişinin növbəti qonağı xalq artisti Arif Quliyev olub.

Milli.Az xəbər verir ki, ilk olaraq xalq artisti onun ölümü ilə bağlı yayılan xəbərlərə cavab verib:

"Film çəkilişindən gələndən sonra 1 nəfər mənə zəng etdi ki, kimdi? Deyirəm ki, Arifdir. Cavab verir ki, doğurdan? Deyir bəs deyirlər... Dedim ki, dayan eşitmişəm. Deyirlər ki, rəhmətə gedib? Qayıdır ki, hə. Dedim bəs kimlə danışırsan indi? Ariflə. Cavab verdim ki, get onlara denən ki, Arif ölməyib, mənlə danışırdı. Bəzi saytlar var oxunmur, istəyirlər oxunsunlar və bir şey uydururlar. Heç kəsi şikayət eləməmişəm. Bəziləri deyir verərdin məhkəməyə. Deyirəm mənim vaxtım var? Nə məhkəmə, a kişi? Yazıb, bu da onun düşüncəsidir".

Daha sonra Arif Quliyev hal-hazırda yaşayış vəziyyətinin yaxşı olduğunu, bundan narazı olmadığını da dilə girib:

"Çox əladır hər şey. Film çəkilişləri də olur, arada toylara da gedirəm. Bir məsələ var ki, toylara gedirdim, ancaq beyin sinirlərindən əməliyyat olundum. Həkim mənə dedi ki, səsli yerlərə getmə. Deyirəm, ay həkim, indi toylara toydan sonra gedim?"

Sonda xalq artsti filmlərdən aldığı pulu da gizlətməyib:

"Son illərdə bir filmə çəkildim. Baş rolda olduğuma görə 7000 manat verdilər. Sonra bir filmdə dedilər ki, film çəkilsin, yayımlansın görüşək filan yerdə hörmət edək sənə. Film bitdi getdim ki, ofisdən köçüblər, ofis bağlıdı".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.