Mədəniyyət

Oğlu həbsdə olan əməkdar artistdən ÜRƏKPARÇALAYAN SÖZLƏR: "Zəng vurub yalvarırdı ki, ata..."

17 Fevral 2017 21:07
20 Şərh     Baxış: 26 600

Çoxdandır görünmür. Səhhətində yaranan problemlərə görə müalicə olunan aktyor bir müddət xəstəliklə mübarizə apardı. Dərd gələndə batmanla gəlir. Bunun ardınca oğlu, müğənni Emil Rəhmanov həbsxanaya düşdü.

Əməkdar artist Rəhman Rəhmanovla hal-əhval tutduq. Söhbət əsnasında oğlunun da durumu ilə maraqlandıq, hərçənd bu barədə danışmaqdan qətiyyətlə imtina etsə də, sonda bizi qırmadı...

Aktyorun Milli.Az-a müsahibəsini təqdim edirik.

- Rəhman müəllim, bu qədər filmlər, seriallar çəkilir, amma sizi görə bilmirik. Dəvət etmirlər, yoxsa özünüz çəkilmirsiniz?

- Serialda oynamaq asan iş deyil. Gecə-gündüz çəkilişlər, ayaq üstə yorğunluq, vaxt itkisi, səhhətimdə olan müəyyən problemlər çətinliklər yaradır. Gərək zəhmətin də qiymətləndirilsin. Qiymətləndirilməyəndə istəmirsən çəkiləsən. Mənə də qonorar sərf etmədiyi üçün təkliflərdən imtina edirəm.

- Amma sizi türklərin çəkdiyi bir serialda görmüşük... Belə çıxır ki, o serialda qonorar qane eləmişdi sizi?

- Bəli, indiyə qədər cəmi bir serialda oynamışam, onu da türklər çəkiblər. "Cavanlıq" adlı həmin serial 50 seriyadan ibarətdir. Universitetin kafesində müdir rolunu oynamışam, normal da qonorar veriblər. Osman Albayrak çəkmişdi.

- Nə qədər qonorar verdilər?

- Günümə 200 manat. Hər çəkilişdə yeməyimi-içməyimi verirdilər, maşınla evə aparıb-gətirirdilər, mənə yüksək səviyyədə qulluq olunurdu, üstümdə əsirdilər. İndi o serialdan sonra gəlib günümə 50 manata çəkilmək istəmirəm. Türklər aktyora qarşı çox diqqətli davranırlar. Hətta həmin serialın sonunda çəkiliş pavilyonunda mənə dedilər ki, əgər sən Türkiyədə bu seriala çəkilsəydin, indi milyoner idin. Tək türklər deyil e, bütün dünyada aktyorun zəhmətinə yüksək qiymət verilir. Aktyor açıq havada çəkilirsə, onun altına stul qoyurlar, başına çətir tuturlar ki, gün vurmasın. Deyirlər, aktyor əmanətdir, film qurtarana qədər onun üstündə əsəsən gərək. Bizdə isə belə diqqət-qayğı yoxdur. İndiki dönəmdən danışıram e, sovet vaxtından yox. Mən o vaxtlar filmə də çəkilmişəm, tamaşada da oynamışam, aktyora xüsusi qayğı görmüşəm. İndi rejissor deyir, bu mənim filmimdir, necə istəyirəm, elə də çəkirəm, elə istədikləri kimi də qonorar verirlər. Amma sonda aktyor gözə görünür. Aktyor kamera qarşısında elə oynamalıdır ki, xalq onu bəyənsin. Aktyor günün altında, saatlarla çəkiliş meydançasında ac-susuz qalarsa, bu, düzgün deyil.

- Amma xalq artistlərimiz var ki, o az pula çəkilirlər...

- Məcburdurlar çəkilsinlər, çünki ehtiyacları var. Hətta bizim gənc aktyorlarımız var ki, özlərini sırf sənətə həsr edə bilmirlər, kloun kimi məclislərə gedir, başqa-başqa vasitələrlə qazanc arxasınca düşürlər. Bu da xalturaya gətirib çıxarır. Çünki o da lüks həyat yaşamaq, gün görmək, əylənmək istəyir. Hansı ki, əslində aktyor sənəti ilə məşğul olandan sonra gedib gecə evində rahat dincəlməlidir.

- Sovet dövründə qazancınız dolanışığa bəs edirdi?

- Mən kinoda az çəkilmişəm, cəmi altı filmdə rol almışam. Amma televiziya və radioda 35 il sərasər tamaşalara çəkilmişəm. 150 manat maaş alırdıq, hər il istirahət üçün başqa ölkələrə də gedirdik. 200-300 manat məvaciblə hər kəs özünə maşın alırdı. Bir televiziya tamaşasına çəkiləndə ayda 450-500 manat pul alırdıq. İndi gedib 50 manata çəkilərsən, amma heç olmasa bilərsən ki, bu pula bir zənbil bazarlıq edə biləcəksən. Bu da mümkün deyil axı. Buna görə də çəkilmirəm.

- Aktyor həm də yaxşı qazanmalıdır ki, lüks həyat yaşasın, yaxşı geyinib-kecinsin.

- Brend almağa maliyyə cəhətdən gücüm çatmasa da, həmişə yarımbrend geyinmişəm. Dövlətdən yaxşı təqaüd alıram. Sağlamlığım əl vermir, qazancımın yarısı dava-dərmana gedir. Yoxsa istədiyim kimi brend geyimlər alıb geyinərəm. Dünən bir geyim mağazasına getmişdim, bir papaq xoşuma gəldi. Satıcı qıza dedim ki, bunun qara rəngi varmı? Qız qayıtdı ki, neynirsiniz qara rəngi, indi rənglərin qarışığı dəbdədir. Cavanların zövqü indi dəyişib. Buna görə də geyim məsələsi asanlaşıb. Əlinə nə keçir, bir-biri ilə yaraşdırıb geyinirsən. Küçədə səni qəribə baxışlarla süzməyəcəklər, deyəcəklər ki, dəbdir. Amma əvvəllər belə deyildi, mütləq kostyum, ona uyğun köynək, qalstuk geyinməliydin. İndi geyim almaq ərzaq almaqdan daha asandır.

- Deyirlər, kişinin bəxti bir də onda gətirir ki, qarşısına yaxşı arvad çıxır.

- Mən bəxtigətirən kişilərdənəm. Qadın istəsə, kişini özündən tez də öldürər, istəsə də gec. Ona görə də qarşısına yaxşı qadın çıxan kişi şanslıdır.

- Bəs xanımınız necə, sizinlə ailə qurduğuna görə şanslıdır?

- Onun bəxti onqat artıq gətirib ki, qabağına mən çıxmışam (gülür). İndiki gənclərə də məsləhət görərdim ki, ailələrinin qədrini bilsin. Mehriban olmaq puldan, vardan, yaxşı yeyib-içməkdən asılı deyil. Ortada sevgi-istək, hörmət olmalıdır. Pul, var gəldi-gedər şeylərdir. Ataların bir misalı var e, quru çörəyin olsun, amma bəxtin olsun. Mən amma deyirəm ki, qara çörəyim olsun, amma bəxtin həmişə belə yaxşı olsun.

- Oğlunuz necədir, hələ həbsdən buraxılmayıb ki?

- 5-6 ayı qalıb, inşallah, çıxacaq.

- Yanına gedib görüşürsünüzmü? Çünki bir ara eşitdik ki, oğlunuzdan incimisiniz...

- Oğlumdan incimişdim, amma onu heç vaxt atmamışam. Bir ara yazdılar ki, guya oğlumdan imtina eləmişəm. Yalan söhbətdir. Bir nəfər zəng elədi, salam-kəlam eləməmiş dedi ki, oğlunuzdan imtina eləmisiniz? Hirsləndim ki, ailə işimə qarışmayın. Elə acığımdan dedim ki, özüm bilərəm, oğlumdan imtina edərəm, ya etmərəm. Götürüb hər yerdə yazdılar ki, Rəhman oğlundan imtina edib. Siz də oğlumla bağlı sual verdiniz, amma yaradıcılıqdan, ordan-burdan soruşa-soruşa bu mövzuya keçdiniz. Gördünüz ki, heç hirslənmədim də. Hər kəs bilir ki, mən bu barədə danışmaq istəmirəm, mənə çətindir.

- Amma incikliyiniz vardı oğlunuzdan, indi münasibətiniz necədir?

- Hə, incimişdim, həbsdə olanda dəfələrlə zəng elədi, götürmədim. Həyat yoldaşıma zəng elədi ki, atam mənimlə danışsın. Danışmadım yenə. Dəfələrlə türmədən mənə zəng elədi, yalvardı ki, ata, məni bağışla, buradan çıxandan sonra düzgün həyat yaşayacam. Teymur Əmrah məni götürüb türməyə getdik, orada da and içdi ki, sonuncu dəfə söz verirəm, düzələcəm. Əslində çox adam elə bilirdi ki, oğlum narkotik istifadə edir, yox, içkiyə qurşanmışdı, bu da onu səhv yollara apardı. Oğlum çox istedadlı uşaqdır, onun sənətini xalq da sevir. Nə qədər fanatları var, məni yandırıb-tökən də budur ki, belə istedadın ola, amma özünə qiymət verə bilməyəsən. İnşallah ki, həbsdən çıxandan sonra bir də keçmişə qayıtmaz, sənəti ilə məşğul olar, mən də ona baxıb ata kimi qürur hissi keçirərəm.

Cəvahir Səlimqızı

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

20 Şərh:

  • Anonim
    . · 17 Fevral 21:1600

    Ahhh cox pis

    Cavab yaz
  • Anonim
    Gunka · 17 Fevral 21:2220

    Emil kimi musiqici yoxdu o qeder gozel istedad veribki Allab buna oxusa sesi gelse hec kim utandigindan oxumaz ama heyif bele yollara el atir.Musiqi savadi yoxdu ama fitri istedaddan da artiqdi inwallah bunnan sonrasj yaxwi olsun.

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 17 Fevral 21:4054

    Bu taninmislarin ovladlari niye biele naxelef cixirlar, ozlerin bedbext edirler???

    Cavab yaz
  • Anonim
    teselli · 17 Fevral 21:4330

    cox yaxshi aktyordu insandi. Allah komeyi olsun her seyde

    Cavab yaz
  • Anonim
    Sahmar lenkeran · 17 Fevral 21:5240

    Allah ozu komeyleri olsun

    Cavab yaz
  • Anonim
    Elya · 17 Fevral 21:5980

    Men Rehman müellimi başa duşurem,Allah hec bir valideyni övlad terefden başi aşagi etmesin.Insan ac-susuz qala biler-eyilmez.Amma övladki,insanin başin aşagi etdise,ister istemez özunu her kesin yaninda dili gödek hiss edirsen,ezilirsen.Allah hec bir valideyni gozu kölgeli etmesin!

    Cavab yaz
  • Anonim
    M M · 17 Fevral 22:0150

    inwAllah yaxci olar herwey

    Cavab yaz
    • Anonim
      Spartaliya · 17 Fevral 23:1842

      Cox böyuk danişmayin,bilmirsiz sizinkiler bundanda beter ola biler,cox sizler kimilerin gormuşuk.Hec bir valideyn istemez uşaqi pis olsun.Uşaq evde formalaşmir,cemiyyetde formalaşir

      Cavab yaz
      • Anonim
        SPARTALI · 17 Fevral 23:5320

        Cemiyyet ve cemiyyetdekiler evden cixir. butun fikirlere hormetim var.

        Cavab yaz
  • Anonim
    SPARTALI · 17 Fevral 22:4333

    naxelef ovladi boyuden valideyindi hardasa sef edib, Sizin basiniza gelenler oz emeleriniz ucbatindandi.

    Cavab yaz
  • Anonim
    ??? · 17 Fevral 22:4740

    Allah size can saglıqı versin siz yaxşı adamsız

    Cavab yaz
  • Anonim
    mx · 17 Fevral 23:2820

    yaxsi kisidi

    Cavab yaz
  • Anonim
    Охуджу · 17 Fevral 23:5810

    Аллах сизи оглунузун башындан ескик елямясин. Сизин оглунуз есил сяняткарды. Бош бошданышанлар утансын.

    Cavab yaz
    • Anonim
      Goycali · 18 Fevral 01:4300

      Hec vaxt adam bela seyda boyuk danismaz .Narkotikdi ickidi bulara laq etmak duzgun doyul .,Allah komak etsin .,hec dusmana arzulamiram .,

      Cavab yaz
  • Anonim
    Azərpaşa · 18 Fevral 01:5910

    Allah hec bir valideyni övlada görə,hec bir övladı da valideynə görə utandırmasın,peşman etməsin.Hec kimsə,bundan sığortalanmayıb,hər kəsin başına gələ bilər.İnşaallah Emil islah olar ,hər şeydə yolunda gedər.Rəhman müəllimə sağlıqlı ömür və səbr arzu edirəm.Tezliklə Emilin gözəl avazını eşidək.

    Cavab yaz
  • Anonim
    Yağmur · 18 Fevral 09:5800

    Inşallah tezlikle qayıdar ve emeli pak insan olar,Rehman bey Allah size can sağlığı versin ,biz sizi çox sevirik

    Cavab yaz
  • Anonim
    Alimardan · 18 Fevral 11:0302

    Yaxsi her sey bir yana, bu brend sohbeti neydi atdin ortaya. Senin taytuslarin Mesedden, Kerbeladan, Mekkeden getirilen brendleri geyinir, bu ise Dolce Gabano, Pilip Pleyn isteyirsen ,yox bir Armani, ozude Corcio.

    Cavab yaz
  • Anonim
    Irada · 18 Fevral 16:2600

    REHMAN mûellim, hec de pis olmayin,terife layiq ôvladiniz var, Allah saxlasin!! Sizi cox isteyr,Emile ise bu sert heyatda uduzmamagi,sinmamagi dileyirem!Môhkem ol,bala!! SENI sevenler ûcûn, yaradiciligini davam et!!!

    Cavab yaz
  • Anonim
    Sadıxova Afət · 19 Fevral 11:4800

    Emilin çoxgözəl səsi var.O vaxt azəristarda görmüşdüm.Mənə elə gəlir ki Emil qəzada ölən qardaşından sonra özünü toparlaya bilmıdi.Çünki azəristarda özü bunu etiraf elədi.Rəhman müəllim Siz gözəl insansınız.Mən Sizin tamaşalarınıza hələ 80-ci illərin əvvəllərində gəlib baxırdım.Övladınızı psixoloq yanına aparsanız onu düşdüyü durumdan çıxarda bilərsiniz.

    Cavab yaz
  • Anonim
    efshan · 21 Fevral 09:5000

    İnsallah ay Rehman muellim.Allah size komey olsun.oglunuzunda qapisi tez acilsin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.