Mədəniyyət

IDEA "Yer saatı" kampaniyasının Azərbaycan üzrə rəsmi koordinator statusunu alıb

24 Yanvar 2017 18:53
Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

IDEA İctimai Birliyi növbəti dəfə Dünya Vəhşi Təbiət Fondunun (WWF) "Yer saatı" beynəlxalq kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi koordinator statusunu əldə edib.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, koordinator qismində IDEA 10 illiyini qeyd edən "Yer saatı" kampaniyası çərçivəsində ölkəmizdə kütləvi aksiya və tədbirlərin keçirilməsini planlaşdırır.

"Yes saatı" dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində adi bir işiqların kütləvi söndürülməsi aksiyası kimi başlanmış "Yer saatı" kampaniyası 2016-cı ildə 178 ölkə, 7000 şəhər və hətta Beynəlxalq Kosmik Stansiyada qeyd edilib.

"İqlim hərəkatına işıq saçın" şuarı altında keçirilən "Yer saatı" kampaniyası ətraf mühitlə bağlı bir sıra konkret nəticələrə, o cümlədən sosial şəbəkələrdə qlobal maarifləndirmənin artırılması və insanların ətraf mühit fəallarına çevrilməsinə gətirib çıxarıb.

Hər il mart ayının son şənbə günündə qeyd olunan "Yer saatı" aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaəti təşviq edirlər.

IDEA İctimai Birliyi 25 mart 2017-ci il tarixində Bakı şəhərində keçiriləcək "Yer saatı" kampaniyasında iştirak etmək istəyən dövlət təşkilatları və özəl qurumlar, eləcə də fiziki şəxsləri İctimai Birliklə əlaqə saxlamağa dəvət edir ([email protected], tel. 497-6316).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.