Mədəniyyət

Övladları Ağaxan Abdullayevin vəsiyyətindən danışdılar - FOTO

24 Yanvar 2017 17:55
5 Şərh     Baxış: 9 240
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərhum xalq artisti Ağaxan Abdullayevin oğulları "3-cü göz" verilişinə açıqlama veriblər.

Axşam.az-ın məlumatına görə, övladları xanəndə ilə bağlı təəssürtalarını bölüşüblər.

Oğlu Hikmət Abdullayev atasının son günlərində onun yanında olduğunu deyib:

"Son günlərində atama çox bağlanmışdım. Hətta dərsdə də otura bilmirdim, tez qaçıb evə gəlmək istəyirdim ki, onun yanında olum. Hardasa çıxış edəndə videoya çəkib atama göstərirdim. Baxıb sevinirdi".

A.Abdullayevin oğlu Xoşbəxt Abdullayev onun dünyasının dəyişməsini el itkisi adlandırıb:

"Onun ölümü nəinki bizim, el üçün də ağır itki idi. Vida mərasimində minlərlə insan gördüm, başsağlığı qəbul etdim. Bütün bunlar qürurverici haldır. Son nəfəsinə qədər hörmətli qaldı. Qazandığı hörməti bizə vəsiyyət etdi ki, adımı saxlayın". 

Xanəndənin digər övladı Orxan Abdullayev "Gedişi çox şeyi dəyişdi. Atam həyat yolunda böyük iz buraxdı getdi. Hamıya təsir etdi onun gedişi. Oğlu olduğum üçün mənə lap çox təsir edir" deyə, söyləyib. 

A.Abdullayevin oğlu Minaxan Abdullayev atasının sənətini onlara miras qoyduğunu bildirib:

"Təsəllimiz atamızın gördüyü işlər, qoyduğu sənətdir. Mənim oğluma öz adını verib. Ona balaca Ağaxan deyirik. Başqa cür təsəlli almaq mümkün deyil".

Mərhumun adını daşıyan nəvəsi Ağaxan Abdullayev isə babasının ona vəsiyyətini açıqlayıb:

"Babam həmişə məni gəzdirib, getdiyi yerə aparıb. Onlara getməyən kimi, zəng edirdi gəl. Deyirdi ki, istəyirsən xanəndə olmaya bilərsən, amma adımı şərəflə daşı". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.