Mədəniyyət

Əməkdar artist: "Universitetə girmədim, atam fəhləliyə məcbur etdi" - VİDEO - FOTO

24 Yanvar 2017 14:37
3 Şərh     Baxış: 2 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Təhminə"nin "Spartak"ından eksklüziv açıqlamalar.

"Atamın maşınını götürüb, 1 həftə evə gəlmədim"

ARB TV-nin "Ömrün fəsilləri" verilişinə qonaq olan əməkdar artist Füzuli Hüseynov maraqlı açıqlamalar verib. 

Tanınmış aktyor uşaqlığından və ailəsindən danışıb:

"Mənim aktyorluğa həvəsim yox idi. Qardaşım stomatoloqdur. Onun uşaq vaxtı həvəsi var idi bu sənətə. O vaxt kinoya meylli idik. SSRİ filmlərinə baxırdıq. Yeni film gələndə klublarda ajiotaj yaranırdı. Artıq 9-10-cu sinifdən biz də hansı sahəyə yönələyəcəyimizi müəyyən edirdik. Düşündük ki, dəqiq elmləri bilmirik, tarix olsun. Ədəbiyyata daha çox meylli olduğum üçün incəsənətə gəldim. Dostum dedi ki, bu universitetdə dəqiq elmlərdən imtahan yoxdur". 

Əməkdar artist gənc vaxtlarında fəhlə işlədiyini açıqlayıb:

"Atam və anam da qarşıma şərt qoydular ki, oxumalısan. Oxumasan, fəhlə işləyəcəksən. Nə oxumağım maraqlı deyildi, təki oxuyum. Dəcəl uşaq olmuşam. Dostumla gəlib İncəsənət Universitetinə imtahan verdik. İlk imtahandaca kəsildik. Heç nədən məlumatımız yox idi. Bu sahəyə tamam yad idik. Qayıdıb rayonda fəhlə işləməyə başladım. 6 ay elə çalışdım. Atamın da imkanı var idi ha məni yaxşı yerə düzəltməyə, amma cəza vermişdi. Universitetə daxil olanda atam dedi ki, sən fəhlə işləməsəydin, indi qəbul olmazdın. Fəhləlikdən bezib oxumağa qərar verdim. 5-ci sinifdən tutmuş bütün ədəbi kitabları oxudum, incəsənətin dərinliyinə endim. Axır ki, qəbul oldum. Tələbə biletimi alıb, gətirib anamla atama verdim. İnandılar. Atam dedi ki, nə istəyir ürəyin, de, edim. Dedim, maşının açarlarını və bir az pul ver. Verdi və 1 həftə evə gəlmədim. Dostlarımla oldum. Evə gələndə isə dedi ki, belə davam etsən, universitetin 1-ci kursunu belə bitirməyəcəksən. Açarları aldı və aylıq pul göndərəcəyini dedi. Mən hətta küsdüm ki, bunlar üçün universitetə girmişəm, bunlar mənə gör nə edirlər?" 

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.