Mədəniyyət

Azərbaycan filmləri Banqladeşdə

23 Yanvar 2017 21:18
0 Şərh     Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dərs" və "Qırmızı bağ" bədii filmləri 15-ci Dakka Beynəlxalq Film Festivalında nümayiş olunub.
 
Axşam.az-ın məlumatına görə, festival 12-20 yanvar tarixlərində Banqladeşin paytaxtı Dakka şəhərində keçirilib.
 
"Dərs" tammetrajlı bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub.
 
Ekran əsərinin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşviq Hətəmovdur.
 
Filmdə  baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.
 
Azərbaycan və Rusiyanın birgə istehsalı olan "Qırmızı bağ" filmi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Rusiyanın "WeiT Media" kino şirkətində lentə alınıb.
 
Ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşviq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media). Baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.