Mədəniyyət

Adriano Celentano və Azərbaycan aparıcıları - VİDEO - FOTO

23 Yanvar 2017 14:06
Baxış: 1 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, bu həftə "Kino Evi"-də 28 yanvar saat 11:30-da Lider TV efirində nəinki İtalyan xanımlarının, bütün dünya xanımların sevimlisi olan, təkcə aktyor kimi yox, həm də müğənni kimi sevilən Adriano Celentanonun həyat və yaradıcılığına nəzər salınacaq. Dünya şöhrətli aktyoru əməkdar artist Hüsniyyə Mürvətova ilə müzakirə olunacaq.

"Kino Evi"nin layihə rəhbəri, idea müəllifi və aparıcısı Zeynəb Abdullah, "Kino Mətbəx" rublikasının aparıcıları isə Nigar ŞamilovaNurçin Quluzadədir. Rejissor və montajor - İBO, operatorlar - Orxan HəsənovKamal Məmmədov.

Verliş 3 hissədən ibarətdi. Birinci hissədə tanınmış kino ulduzlarının müəmmalı həyatı haqqında məlumat verilir. İkinci hissə "Kino mətbəx" rublikası adlanır. Həmin ulduzun obrazları xüsusilə də vizit kartı sayılan filmi, bizim hər hansı tanınmış sima ilə (aktyor, kinoşunas, rejissor) müzakirə olunur. Üçüncü hissə "Çək göstər" adlanır. Burada həvəskarlar tərəfindən çəkilən sosial çarxların, qısa metrajlı filmlərin yayımlanmasına şərait yaradılır. Verilişin mahiyyəti əyləncəvi və maarifləndirici xarakter daşıyır. Həftə ərzində kinoteatrlarda yayımlanacaq filmlərin afişasıda nəzərdə tutulub.

Hər şənbə saat 11:30, təkrarı bazar günü 02:15 və bazar ertəsi 17:00-da Lider TV efirində.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Adriano Celentano və Azərbaycan aparıcıları

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.