Mədəniyyət

Aprel şəhidinin həyat yolu ilmələrdə - VİDEO - FOTO

21 Yanvar 2017 17:30
6 Şərh     Baxış: 8 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fazil Qənimət oğlu Abasquluzadə. Bu maraqlı şəxsi yaxından tanımaqda fayda var. Mürəkkəb süjetli xalça əsərlərinin, maraqlı kompozisiyalara malik portret xalçaların müəllifidir.

Milli.Az ARB 24-yə istinadən xəbər verir ki, onunla Sumqayıt şəhərindəki birotaqlı emalatxanasında göz oxşayan xalçalar hazırlanılır. İlk işlərindən biri "Şəhidlər" adlanan xalçasıdır. Sözügedən əsər Şəki Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. Fazil Abasquluzadənin imzası ölkəmizdə olduğu kimi xaricdə də tanınmaqdadır. Əməkdar mədəniyyət işçisinin Nizami Gəncəviylə bağlı əsəri ABŞ-da Karolina Universitetinin muzeyindədir. O, həmçinin dünya şöhrətli fırça ustası Tahir Salahovun 50-yə yaxın rəngkarlıq əsərini xalçaya köçürüb. Bundan başqa, Zəlimxan Yaquba, Paşa Qəlbinura, Nüsrət Kəsəmənliyə və bir sıra tarixi şəxsiyyətlərə həsr etdiyi sənət əsərləri var.

Aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundovun portretindən sonra indi də şəhid Müşfiq Orucovun həyat yolunu özündə əks etdirən xalça toxuyur. Xalçaçılıq oturaq işdir, birgə sənətdir, tək rəssamın işi deyil. Ona görə də yaradılan bütün xalçalar toxucu xanımlarla birgə işin məhsuludur. Fazil Abasquluzadə dəfələrlə respublika və beynəlxalq sərgilərdə iştirak edib.

Dünyanın 25-dən artıq ölkəsinin muzeylərində və şəxsi kolleksiyalarında əsərləri saxlanılır. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Aprel şəhidinin həyat yolu ilmələrdə - FOTO

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.