Mədəniyyət

Heydər Əliyev Sarayında "jAzzeri Bands" konsert proqramı keçiriləcək - VİDEO

21 Yanvar 2017 15:44
Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 16-da Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək.

Mill.Az bildirir ki, "jAzzeri Bands" caz musiqisi axşamında əməkdar incəsənət xadimləri Cavan Zeynallı və Cəmil Əmirov, respublikanın xalq artisti Ənvər Sadıqov, əməkdar artistlər Akif Süleymanbəyli, Emil Əfrasiyab, ifaçılar Təranə Mahmudova, Teymur Süleymanbəyli (saksafon), Rast və Qaya qrupları iştirak edəcəklər.

Caz ifaçıları konsertdə yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndirəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletləri 20-50 manat arasında satışa çıxarılıb. Biletləri İticket.az dan onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiz.

Əlaqə telefonları (012) 441-21-31, 598-17-72/73/74

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Heydər Əliyev Sarayında

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.