Mədəniyyət

Kamran erməni hərbçini canlandıracaq

12 Yanvar 2017 13:51
0 Şərh     Baxış: 850

Aktyor Kamran Ağabalayev yeni filmə çəkilir.

Axşam.az-ın məlumatına görə, "Üçüncü günün adamı" adlanan ekran işində aktyor erməni hərbçini canlandırıb.

K.Ağabalayev əməkdaşımızla söhbətində filmlə bağlı məlumat verib:

"Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının istehsalıdır. Filmin baş prodüseri Müşfiq Hətəmov, rejissoru Babək Şirinsifətdir. Baş rollarda Hikmət Rəhimov, Rasim Cəfərov və mən oynayıram. Psixoloji dram janrındadır. Burada mənfi erməni obrazını canlandırıram".

K.Ağabalayevin bir ermənini canlandırması sosial şəbəkədə tənqidə səbəb olub. Aktyor yazılanlarla bağlı bunları deyib:

"Belə gözləməzdim, nə deyəsən? Xarakterik bir obrazdır. Həyatda sevmədiyim insanların obrazını canlandıranda rahatlayıram. Bunu oynamağa razılıq verəndə heç nəyi düşünmədim. Düşünsəydim, ilk şəhid olan qardaşımı düşünərdim. Bu, bir obrazdır. Onu canlandıran insanın qanı Azərbaycan qanıdır. Əsas olan da budur".

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.