Mədəniyyət

Azərbaycanlı məşhurların "Məhəbbət uçbucaq"ları

11 Yanvar 2017 16:54
11 Şərh     Baxış: 13 193

Bu bir aksiomadır ki, sənət adamlarının şəxsi həyatları ən azı yaradıcılıqları qədər maraqlı olur.

Əgər söhbət məşhur sənət adamından gedirsə, deməli, bu maraq da bir o qədər artır.

Bəs sənət adamları arasındakı "məhəbbət üçbucağı" necə?

Ölkə.az Azərbaycanın səhnə adamlarının yaşadıqları "məhəbbət üçbucaq"larını təqdim edir.

Əfsanəvi kino və teatr aktyoru Səyavuş Aslan aktrisa Ofeliya Aslanla həyat yoldaşı olublar. Məşhur cütlüyün bu izdivacdan Çingiz və Eldar adlı oğlanları var. Bu arada qeyd edək ki, O.Aslan öz dövrünün məşhur aktyorlarından olan Rza Əfqanlının qızıdır. Anası Bədurə Əfqanlı isə geyim rəssamı olub. Ancaq S.Aslanın gənc müğənni Təranə Vəlizadəylə tanışlığı cütlüyün xoşbəxt həyatına son qoyur. S.Aslan özündən 20 yaş kiçik T.Vəlizadəylə uzun müddət vətəndaş nikahında yaşayır. Hətta bəzi məlumatlara görə, S.Aslan T.Vəlizadə ilə O.Aslanı eyni evdə saxlayırmış. Qeyd edək ki, T.Vəlizadə 70-80-ci illərin məşhur müğənnisi Eyvaz Həsənovun həyat yoldaşı olub.

Dövlət Gənclər Teatrının rəhbəri, xalq artisti Hüseynağa Atakişiyev əməkdar artist, "Bəxt üzüyü" filmindəki Sara obrazıyla tanınan Gülşad Baxşıyeva ilə rəsmi nikahda olublar və cütlüyün bu nikahdan iki oğul övladı var. Ancaq 90-ci illərin əvvəlindən etibarən Atakişiyevin Eldarova ilə münasibətləri yaxınlaşmağa başlayıb. Bildirilir ki, Baxşıyeva həyat yoldaşının ona xəyanətini qəbul etməyərək, boşanmaq qərarı verib. Qeyd edək ki, N.Eldarova özü 80-ci illərdə aktyor Ömür Nağıyevlə ər-arvad olublar və cütlüyün 1985-ci ildə Rüfət adlı oğlan övladları doğulub. Xatırladaq ki, R.Nağıyev üç il öncə dünyasını dəyişib.

Əfsanəvi aktrisa Hökumə Qurbanova həmkarı Ələsgər Ələkbərovla və məşhur teatr rəssamı Nüsrət Fətullayevlə ailəli olub. Onun N.Fətullayevlə nikahından qızı, mərhum aktrisa Vəfa Fətullayeva dünyaya gəlib.

Müasir səhnə adamları arasındakı "Məhəbbət üçbucağı"ndan danışarkən ilk yada düşənlərdən biri Elşad Xose-Oksana Rəsulova-Namiq Qaraçuxurlu triosu olur. Belə ki, Rəsulovanın Elşad Xoseylə evlənməzdən öncə Namiq Qaraçuxurluyla sevgili olduğu bildirilir. Hətta bu barədə Aygün Kazımova müsahibələrinin birində qeyd etmişdi. Əslində, bu üçbucağı belə sıralasaq, daha doğru olar-Oksana-Namiq-Aygün. Məhz bu səbəbdən Kazımova uzun müddət Rəsulovayla danışmırdı və bu yaxınlarda barışdılar. Bəzi iddialara görə, Kazımovanın Qaraçuxurludan ayrılmasında bu məqam xüsusi rol oynayıb. Belə ki, xalq artisti meyxanaçının xəyanətini bağışlaya bilməyib.

Dövlət Musiqili Teatrın aktyoru Hüseyn Əlili həmkarı Ülviyyə Əliyeva (Keyxanım) ilə ailəli olub. Hazırda isə H.Əlili başqa bir həmkarı Gültac Əlili ilə ailəlidir. Cütlüyün iki övladı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Ayna · 11 Yanvar 17:21101

    20-ci əsrin 60-cı, 70-ci illərində ümumi əxlaq bütün dünyada çox aşağı düşmüşdü. 2-ci dünya müharibəsindən sonra nəhayət ki, dirçələ bilmiş insanlar həyatın bütün sahələrində maksimum yaşamağa və həyatdan maksimum həzz almağa çalışırdılar. Bu zaman unudurdular ki, köhnə həyat yoldaşını təzəsi ilə əvəz etməklə xoşbəxtlik tapmaq mümkün deyil. Xoşbəxtlik, müvəffəqiyyət, təmin olunma hissi daha çox insanın BAŞQASINA AİD olana göz TİKMƏYİB, əlində olanların QƏDRİNİ BİLDİYİ zaman, lazımsız həsəddən uzaqlaşıb professional inkişaf etdiyi zaman yaranır.

    Cavab yaz
  • Anonim
    mütəxəssis · 11 Yanvar 17:2411

    axırın korladız

    Cavab yaz
  • Anonim
    Emi · 11 Yanvar 17:4720

    Huseynaga Atakisiyev Nesibe Eldarova ile aile qurmazdan evvel basqa bir aktrisa ile sevgili olub.Gulsad Baxseliyeva ondan mehz bu aktrisaya gore ayrilib.Nesibe Eldarova /bu barede ozu danisib/ Huseynaga Atakisiyevin ucuncu xanimi olub.

    Cavab yaz
    • Anonim
      Sedaqet · 11 Yanvar 20:5203

      Terane Seyavush Aslan sohbeti yalandir.

      Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 11 Yanvar 18:1121

    Oksana ile Namiqin hec yeriydi??? Gulmek tutdu meni.

    Cavab yaz
  • Anonim
    Baki · 11 Yanvar 18:5700

    Duzdu

    Cavab yaz
  • Anonim
    ...... · 11 Yanvar 19:2230

    Terane xanim bizimle qonwu olub eyni binada yawamiwiq o vaxt biz bunu bilirdik , yalandi Terane xanim hec vaxt oz evinden hec yere getmeyib o gelirdi

    Cavab yaz
  • Anonim
    esraya · 11 Yanvar 22:1003

    get sit sit gul da

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 11 Yanvar 22:1520

      Esrasiz 1 gununuz olmasin,her defe serhlere baxanda Esrani goresiniz Esradan el cekunde ne isteyirsiniz basim cixmir,He şit gulurem şor gulurem sene dexli yoxdu, meni hirslendirme.Esranin adin cekmeeee !!!!!

      Cavab yaz
  • Anonim
    v · 12 Yanvar 13:5000

    Bu sıraya Mehdi Məmmədov da daxildir.

    Cavab yaz
  • Anonim
    Fatmagul · 13 Yanvar 12:0000

    Eyhhh o qeder sayardimki.. 3 bucaq yoxe,4 bucaqlari yazardim,ama lazim deyil )) Indiki zamanda axtarsaq hele belke 5 bucaq da tapilar shoubiznesde

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.