Mədəniyyət

Tanınmış aktyor və şairimizi itirdik... - FOTO

4 Yanvar 2017 22:14
4 Şərh     Baxış: 12 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dost itkisi ağır olur... İndicə aldığım acı xəbər məni üzdü... Görkəmli aktyor, tanınmış şair Heybət Hörmət Şamaxıda qəflətən dünyasını dəyişib. Allah rəhmət eləsin..."

Milli.Az publika.az-a istinadən bildirir ki, bu statusu tanınmış jurnalist Məzahir Süleymanzadə sosial şəbəkədə paylaşıb. Şair bu gün vəfat edib.

Heybət Hörmət - 1946-cı il dekabrın 20-də Şamaxı şəhərində anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
20 il M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrınınnda işlədikdən sonra 1974-cü ildə Ə.B.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına dəvət alıb.
Elə həmin ildə "Ən yaxşı gənc aktyor" mükafatına layiq görülüb.
Sonra H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb.
Bu müddət ərzində 200-dən artıq irili-xırdalı (əsasən iri) rolların müəllifidir.
"Azərbaycanfilmin" istehsal etdiyi bir sıra bədii filmlərdə çəkilib.
Sonuncu çəkildiyi "Fəryad" filmində Levon və "Qəzəlxan" filmində Neftçi rolları olub.
İlk şeiri 1956-cı ildə Şamaxıda çıxan "Yeni Şirvan" qəzetində çap olunub.
Bundan sonra respublika mətbuatının demək olar ki, hamısında çap olunub.
Əsərləri müntəzəm olaraq radioda, televiziyada səsləndirilib.
Təxminən 3 həftə əvvəl görkəmli aktyor 70 illik yubileyini qeyd etmişdi.
Allah rəhmət eləsin!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.