Mədəniyyət

Məleykə Əsədova: "Zehnimi yormaqdan qorxuram" - FOTO

2 Dekabr 2016 10:38
11 Şərh     Baxış: 3 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"27 ildir ki, eyni şöhrəti saxlamışam. Hər bir aktrisaya belə şey nəsib olmur. Çox sevinirəm ki, 5, 30, 80 yaşlarında fanatlarım var. Gənclər, yaşlılar və uşaqlar məni sevirlər. Şöhrəti əldə etmək olar, ancaq onu saxlamaq çox çətindir. Bunun üçün tamaşaçılarıma minnətdaram. Mən səhnə üçün doğulmuşam".

Bu sözləri "Qafqazinfo"ya açıqlamasında xalq artisti Məleykə Əsədova deyib.

Aktrisa bildirib ki, tamaşada balet oynayan ilk aktrisadır.

"Haqqımda film çəkilmişdi. "Səhnəmizin kraliçası" adlanırdı. 27 ildir ki, Azərbaycan səhnəsindəyəm. Mənə kraliça obrazları veriblər. Tamaşalarımı sizlərə sadalamaq fikrində deyiləm, onları hər kəs bilir. Mən 6-cı sinifdə oxuyarkən düşünürdüm. Deyirdim ki, görən nə vaxtsa mən "Aydın" tamaşasında Gültəkin obrazını oynaya bilərəm? Şükürlər olsun ki, qismət oldu.

İlk səhnəyə gəlişim C. Cabbarlının əsəri ilə oldu. Gültəkin obrazı mənə uğur gətirdi. O zaman hər kəs mənə dedi ki, Azərbaycan səhnəsinə təbii aktrisa gəlib. 10 il sonra yenidən həmin obrazı canlandırdım. İndi isə "Balerina Nurcahan" obrazını oynayıram. Bir aktrisa kimi səhnədə balet ifa etmişəm. Səhnədə ilk aktrisayam ki, belə addım atmışam. Düzdür, balet özü böyük sənətdir. Özüm plastikamdan istifadə etmişəm.

M. Əsədova açıqlamasında qalmaqalla gündəmə gəlmədiyini söyləyib:

"Mətbuatı çox izləmirəm. Öz görkəmimi qorumaq üçün qalmaqallı yazıları oxumuram. Zehnimi yormaqdan qorxuram. Hər kəs şahiddir ki, heç vaxt dedi-qodu etməmişəm. Qalmaqalla gündəmə gəlməmişəm, öz dünyam var. Tamaşaçılarım məni belə sevirlər. Başımı qızım və sənətimə həsr etmişəm. Qızım və mən Allahı sevirik. Həyat bizə çox şey öyrədib. Qızım gözünü açandan görür ki, anası Allaha dua edir. Gözəllikləri görmək lazımdır. Qara rəngin özü gözəldir. Onun gözəlliyini görmək üçün gözəl düşüncəyə sahib olmalısan. Qızım da anası kimi bilir ki, böyüyə hörmət qoymaq lazımdır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.