Mədəniyyət

Fuad Poladovun "AzDrama"da son tamaşası - Teatrda anşlaq - FOTO

28 Oktyabr 2016 23:38
11 Şərh     Baxış: 4 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, xalq artisti Fuad Poladov bu gün Akademik Milli Dram Teatrında son dəfə səhnəyə çıxıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "Müsyo İbrahim və Quran çiçəyi" adlı tamaşada zalda anşlaq yaşanıb. Tamaşanın bugünkü saatına olan bütün biletlər satılıb, amfiteatr da daxil olmaqla zal dolub.

Həmkarları da aktyoru tək qoymayıb. Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktriası Kəmalə Müzəffər, Gəncə Dram Teatrının aktyoru Elxan Yunis, Tural Əhməd, Ülviyyə Xəlilbəyli də tamaşanı izləyənlər arasında olub.

Tamaşanın sonunda Fuad Poladov sevənləri ilə vidalaşıb və həmkarlarını səhnədə tək qoyaraq kulisə keçib. Amma güclü alqışlardan sonra yenidən səhnəyə qayıdaraq kövrəlib. Tamaşaçıların əksəriyyəti də vidalaşmada ağlayıb.

Qeyd edək ki, Fuad Poladov aktyor Hikmət Rəhimovun teatrdan istefasına etiraz olaraq "AzDrama"nı tərk edir. Poladov bundan sonra Rus Dram Teatrında işini davam etdirəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.