Mədəniyyət

Fuad Poladov istefa ərizəsi yazdı - "AzDrama"da QALMAQAL

26 Oktyabr 2016 18:43
5 Şərh     Baxış: 3 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Fuad Poladov Akademik Dövlət Dram Teatrından istefa ərizəsi yazıb.

Milli.Az-ın kulis.az-a istinadən məlumata görə, onun ərizəsinə hələ də baxılmayıb. Lakin xalq artistinin qərarında israrlı olduğu bildirilir. Buna səbəb kimi teatrda son dövrlərdə yaranmış vəziyyət və aktyor Hikmət Rəhimovun istefası göstərilir. 

Məsələ ilə bağlı "Azdrama"dan çıxarılan aktyor Hikmət Rəhimov da öz Facebook səhifəsində yazıb:

"Bunu deməliyəm. Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad müəllim Poladova minnətdaram. Polis bölməsinə, rayon polis idarəsinə məndən xəbərsiz gedən və mənə görə ordakılara narahatlığını bildirən və sonra teatrdan çıxdığını bildirən Fuad Poladov. İnanın səmimiliyimə, bununla fəxr etmirəm və şok da yaşamıram. Çünki bu, Fuad müəllimdir. Hər gün mənə ən azı 2 dəfə zəng vurub, ürək-dirək verən Fuad müəllim. Mən sizə bu dünyada da, o dünyada da minnətdaram. Bunu heç kim eləməzdi - heç kim. Hər şeyə görə çox sağ olun".

Fuad Poladovun məsələyə münasibəti belə olub: "Bu barədə danışmaq istəmirəm".

Akademik Milli Dram Teatrından isə Fuad Poladovun teatrdan istefa vermədiyini bildiriblər: "Oktyabrın 28-də Fuad müəllimin rol aldığı "Müsyo İbrahim və Quran çiçəyi" tamaşası nümayiş olunacaq. Bu ay ərzində isə "Şah Qacar" tamaşasında çıxış edib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.