Mədəniyyət

Məhəmməd Füzulinin qəzəl dünyası

21 Oktyabr 2016 15:15
0 Şərh     Baxış: 2 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 16-da Heydər Əliyev Sarayında Məhəmməd Füzulinin qəzəl dünyası adlı konsert proqramı keçiriləcək.

Konsert proqramında respublikamızın sevilən və populyar sənətkarları xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Əminə Yusifqızı, Aygün Bayramova, Gülyaz Məmmədova, Mələkxanım Əyyubova, əməkdar artistlər Nuriyyə Hüseynova, Səbuhi İbayev, Almaz Orucova, Fərqanə Qasımova, Babək Niftəliyev, Bəyimxanım Mirzəyeva, Firuz Səxavət və tanınmış gənc müğənnilər Abgül Mirzəliyev, Sərxan Bünyadzadə, Məmməd Nəcəfov iştirak edəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletlərini şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiz.

Biletlərin qiyməti: 20-50 manat

Əlaqə telefonları (012) 441-21-31, (050) 332-36-30

Konsertin informasiya dəstəyi Trend.az, Day.Az və Milli.Az-a məxsusdur.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.