Mədəniyyət

Əməkdar artistin qızı efirə gəlib anasından üzr istədi - VİDEO

20 Oktyabr 2016 16:21
6 Şərh     Baxış: 11 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Mehriban Xanlarovanın qızı kimi təqdim etdiyi Ayselin doğma övladı olmadığını açıqlaması səs-küyə səbəb olub. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aktrisa aparıcı Lamiyyə Ələkbərqızının "Həyat tərzi" verilişinə qonaq olub. M.Xanlarova ölkədən getmək istədiyini deyib. O bildirib ki, onu seriallardan uzaqlaşdırır, efirlərə çıxmağa qoymurlar. 

M.Xanlarova övladı kimi böyütdüyü Ayselin rəhmətlik bacısının qızı olduğunu deyib. O, hətta qızı ilə küsülü olduğunu açıqlayıb:

"Mənə qarşı olan mənfur düşmənlər var, haqqımda sözlər deyirdi. Ona görə də 27 ildən sonra bunu açıqlamağa qərar verdim. Ayselin rəhmətlik bacımın qızı olduğunu açıqladım. Mən anayam, çox da yaxşı anayam. 3 yaşından onu böyütmüşəm". 

Canlı efirə gələn Aysel M.Xanlarovadan üzr istəyib:  

"Efirdə olan söz-söhbətlərə görə anam məndən küsmüşdü. Ana təkcə uşağı dünyaya gətirən deyil. 9 milyon əhali qarşısında ona etdiyim hər şey üçün üzr istəyirəm. Gedəcəyini dedi, ona görə də efirə gəldim". 

M.Xanlarova "Bağışlayan Allahdır. Mənim ürəyimi evdəkilər də, sənət dostlarım da bilir. Getməyimə səbəb tək bu deyildi. Çoxdan çıxıb getmək istəyirəm. Çox yorulmuşam, burdan getmək istəyirəm. Mənə çox zərbələr vurublar" deyərək, kövrəlib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Əməkdar artistin qızı efirə gəlib anasından üzr istədi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.