Mədəniyyət

"Qulağımın dibindən şillə vurdu" - Xalq artistinin həyat yoldaşı - VİDEO - FOTO

29 Sentyabr 2016 17:18
11 Şərh     Baxış: 8 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti ilk dəfə ailəsi ilə birlikdə efirə çıxıb.

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan xalq artisti Ramiz Novruz maraqlı açıqlamalar verib.

Xalq artisti, həyat yoldaşı ilə tanış olması haqda danışıb:
"Yoldaşımla eyni məktəbdə oxumuşuq. Məktəbdə tamaşalar qururduq. Mən də həmin tamaşalarda iştirak edirdim. Yoldaşım da orada mahnılar oxuyurdu. Orada tanış olduq onunla".

Tanınmış aktyorun həyat yoldaşı Xoşavaz Novruzova evlilikləri barədə maraqlı xatirələrini bölüşüb, ilk dəfədir ki, efirə çıxdığını bildirib:
"Universitet üçün fotoşəkil lazım idi. Şəkil çəkdirəndə, fotoqraf mənə dedi ki, simanız çox gözəldir, bir foto da vitrin üçün çəkəcəm. Razılıq verdim. Evə qayıdıb gələndə, Ramiz məndən şəkilin taleyini soruşdu. Vitrin üçün şəkil çəkdirdiyimi dediyim anda, qulağımın dibindən bir şillə vurdu. Elə pərt oldum ki. Məni qabağına saldı, getdik fotoqrafın studiyasına. Bütün şəkilləri alıb qayıtdıq. İlk dəfədir ki, efirə çıxıram".

Ailəsinin efirə çıxması xalq artisti üçün sürpriz olub. O, efirdə təəccübünü gizlədə bilməyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.