Mədəniyyət

Xalq artisti hədələdi: "Məhkəməyə verəcəyəm..."

28 Sentyabr 2016 17:10
1 Şərh     Baxış: 3 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün mətbuatda xalq artisti Gülyaz Məmmədovanın yol hərəkəti qaydasını pozduğu deyilən video görüntü yayılıb. Bu barədə Milli.Az-a danışan xalq artisti yayılan videonun və xəbərin əsassız olduğunu bildirib:

"Bu, yol hərəkəti qaydasını pozmaq deyil. Orada heç asfaltın üstündə zolaq da yox idi. Sadəcə, kimsə məni izləyib videonu çəkib. Tam ixtiyarla məni izlədiyinə görə həmin şəxsi məhkəməyə verə bilərəm. Uzun illərdir avtomobil idarə edirəm və nadir hallarda harasa gecikəndə qayda pozmuşam. Sağ olsun polislərimiz, çox böyük hörmət edib, buraxıblar. Mən xalqımızı da sevirəm, onun qanunlarını da. Bu cür yayılan xəbərlər əsassızdır və insanları bu tip xəbərlərə inanmamağa səsləyirəm" .

Əli Rəhimoğlu
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.