Mədəniyyət

Sənsiz... - VİDEO

26 Sentyabr 2016 18:31
4 Şərh     Baxış: 2 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 26-sı görkəmli Azərbaycan müğənnisi, SSRİ xalq Artisti Bülbülün xatirə günüdür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədov olan Bülbül 1897-ci il iyunun 22-də Şuşada anadan olub. Nadir musiqi istedadına görə hələ uşaqlıq dövründə ona "Bülbül" adı verilmişdi. Bu ad sonradan müğənninin səhnə təxəllüsü oldu.

1927-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını və Milanın "La Skala" teatrı yanındakı məktəbi bitirən Bülbül Vətənə qayıtdıqdan sonra Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edib. Onun ifasının səciyyəvi xüsusiyyəti Azərbaycan xalq motivlərini italyan klassik opera ifası ənənələri ilə sintez etməsi idi.

1932-1961-ci illərdə Bülbül Azərbaycan Dövlət Konservatoriyasında çalışıb. O, Azərbaycan xalq musiqisi üzrə vəsait və Azərbaycan xalq çalğı alətləri (tar, kamança və balaban) üzrə dərs vəsaiti hazırlayıb. 1938-ci ildə SSRİ Xalq Artisti fəxri adına layiq görülüb, Stalin mükafatı laureatı, Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı", habelə İtaliyanın "Haribaldi Ulduzu" ordeni ilə təltif edilib.

Bülbül 1961-ci il sentyabrın 26-da Bakıda vəfat edib.

Videoları izləmək üçün şəkillərə klikləyin:
Bülbül - Sevgili Canan

Bülbül Sənsiz

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.