Mədəniyyət

Həmidə Ömərova: "Məni tələsdirirlər" - FOTOSESSİYA

31 Avqust 2016 21:20
3 Şərh     Baxış: 4 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Həmidə Ömərova qadın sənətkarlar haqqında yazdığı ssenarini hələ də ekranlaşdıra bilmir. O bu haqda Milli.Az-a danışıb:

"Uzun illərdir ki, serial üçün ssenari yazmışam, amma hələ də maddiyyat ucbatından bu ssenarini ekranlaşdıra bilmirəm. Ssenari müxtəlif səbəblərdən sənətdən uzaqlaşmış, amma bütün varlığı ilə peşələrinə, hətta yaşları 40-50-ni ötəndən sonra da öz sənətinə sadiq qalan qadınlara aiddir. Çox istərdim ki, həmin ssenarini ekranlaşdırım. Çünki haqqında yazdığım aktrisalar da məni tələsdirirlər. İllər də sürətlə keçir. Bu gün yanımızda olan sənət dostlarımız bizi tez bir zamanda tərk edirlər. İnşallah, yəqin ki, bu ssenarini tamaşaçılar nə vaxtsa ekranda görəcəklər".

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.