Mədəniyyət

Aktyor Nicat Rəhimovun arzusu: "Çox istərdim ki..." - FOTO

30 Avqust 2016 21:17
4 Şərh     Baxış: 4 341
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bozbaş pictures" serialının "Şirin"i kimi tanınan aktyor Nicat Rəhimov dramatik rollar oynamaq istəyir. O bu haqda Milli.Az-a danışıb:

"Bəzən komediya oynayırıq, amma o komik vəziyyətin içində də dramatik səhnələr olur. Çox istərdim ki, nə vaxtsa dramatik rolda da tamaşaçılar məni görsünlər. Özümə inanıram ki, bunu bacararam. Yaxşı rejissor mənim içimdəki o dramatikliyi görməlidir. Bu zaman ortalığa nəsə çıxarmaq olar. Aktyor hərtərəfli olmalıdır, nə rolu versələr, oynamalıdır. Düzdür, tamaşaçılar məni komik rollarla seviblər, amma dram və faciə janrlarında da özümü sınamaq istərdim".

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.