Mədəniyyət

Azərbaycanlı aktrisaya qadağa qoyuldu - FOTO

26 Avqust 2016 20:42
5 Şərh     Baxış: 8 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xəzər" telekanalında "Cehizsiz gəlinlər" adlı yeni serial yayımlanacaq. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, dram janrında olan ekran işi həftədə bir dəfə efirə gedəcək. 

Serialda rol alan aktrisa Cəmilə Tağızadə əməkdaşımızla söhbətində ekran işi ilə bağlı məlumat verib. 

O bildirib ki, filmdə dörd bacıdan birini canlandırır:

"Serial ailə-məişət mövzusundadır. Hər bir ailədə baş verə biləcək hadisələrdən bəhs edilir. Baş rejissor Rüfət Şahbazovdur. İkinci rejissor isə Vüsal Məmmədovdur. 

Serialda dörd bacı, 1 qardaşıq. Mənimlə yanaşı aktrisalar Günay Əhməd, Rumiyə və hamının tanıdığı balaca Nuray rol alıb. 

Bir çox tanınmış aktyorlar da ekran işində çəkilir".

C.Tağızadə 1 il ərzində heç bir serialda rol almayacağını bildirib:

"Rəhbərliklə 1 illik müqavilə imzalamışıq. 1 il ərzində bundan başqa heç bir serialda çəkilə bilmərik".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.