Mədəniyyət

The Daily Caller: "Azərbaycan etnik azlıqların müdafiəsini konstitusiya əsasında təmin edir"

25 Avqust 2016 13:37
Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan təkcə güclü multikulturalizm irsinə malik deyil, həm də dini və etnik azlıqların müdafiəsini konstitusiya əsasında təmin edən müsəlman çoxluğunun olduğu azsaylı dünyəvi ölkələrdən biridir. 

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Muslim World Today"  nəşrinin icraçı direktoru Supna Zaidi Perinin ABŞ-ın "The Daily Caller" saytında dərc edilən məqaləsində deyilir. 

O yazır ki, son illər regional qeyri-sabitlik Azərbaycanda xarici mənşəli ekstremist qruplara imkan yaradaraq ölkədəki azlıqların sakitliyinə təhdid törədir: "Bununla mübarizə aparmaq üçün Azərbaycan hökuməti fəal mövqe tutur. Bundan başqa, Azərbaycanın təhlükəsizlik qüvvələri İsrail və Britaniya səfirliklərinə qarşı terror aktlarının qarşısını alıb". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.