Mədəniyyət

Arif Quliyevi ilin ən romantik komediyasında görəcəksiniz - VİDEO - FOTO

24 Avqust 2016 17:35
0 Şərh     Baxış: 4 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nazlı" filminin quruluşçu rejissoru Rəhman Rafiqoğlu filmdə çəkilən 4 xalq artistindən birinin adını açıqladı. Bu, Arif Quliyevdir.
Rejissor qeyd etdi ki, Arif Quliyevi tamaşaçılara təqdim etməyə ehtiyac yoxdur: "Onun fəaliyyətindən balaca uşaqdan tutmuş yaşlı nəslə qədər hər kəsin xəbəri var. Nəzərinizə çatdırmaq istərdim ki, "Nazlı" filmində Arif Quliyevin xüsusi, sadəcə ona məxsus olan yeri var. Və o, öz personajını böyük ustalıqla canlardırdı. Çəkiliş zamanı üzümüzdən təbəssüm əksik olmurdu. Öz müsbət enerjisi ilə hər kəsi sevindirir və güldürürdü.  Arif Quliyev peşəkar aktyorluq bacarığı və yaradıcılığı ilə minlərlə tamaşaçının rəğbətini qazanaraq Azərbaycanın incəsənət tarixinə öz adını böyük hərflərlə yazdırıb". 

Rəhman Rafiqoğlu Arif Quliyev barəsində bunları da dedi: "Bu cür ustadlara biz gənclər dəyər verməliyik və unutmamalıyıq ki, bu şəxsiyyət ömrünü insanlara təbəssüm və sevinc bəxş etməklə keçirir. Mən çox şadam ki, Arif müəllim bu layihədə bizimlə bərabərdir".  

"Nazlı" romantik komediyasında rol alan daha 3 xalq artistinin adları ən qısa zamanda açıqlanacaq.   
 
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Videonu izləmək üçün şəklə klikləyin:

Arif Quliyevi ilin ən romantik komediyasında görəcəksiniz...

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.