Mədəniyyət

ASAN Akademiya fəaliyyətə başladı - FOTO

24 Avqust 2016 12:22
0 Şərh     Baxış: 2 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yayın ən öyrədici layihəsi "ASAN Akademiya"nın açılış mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, açılış mərasimində "ASAN Könüllüləri" Təşkilatının sədr müavini Rəbiyyə Cəfərova çıxış edərək layihə haqqında geniş məlumat verib. Rəbiyyə Cəfərova bildirib ki, layihənin keçirilməsində əsas məqsəd gənclərin fərdi inkişafına təkan vermək, gələcək karyeraları üçün faydalı addım atmalarına şərait yaratmaqdır. Daha sonra layihə təlimçiləri çıxış edərək layihədə iştirak hüququ qazanmş gəncləri təbrik edib, layihənin keçiriləcəyi müddət ərzində faydalı mövzularla zəngin müxtəlif təlimlərdə görüşəcəklərini bildiriblər.

Qeyd edək ki, 2 ay davam edəcək "ASAN Akademiya" layihəsi çərçivəsində iştirakçılara iş mühitinə psixoloji hazırlıq, biznesin təşkili, idarəçilik, layihələrin yazılması və təqdimatı haqqında müxtəlif təlimlər və praktiki məşğələlər keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.