Mədəniyyət

Amaliya Pənahovadan etiraf: "17 yaşından biz bir yerdə idik" - FOTO

25 Avqust 2016 20:12
3 Şərh     Baxış: 6 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti, məşhur aktrisa Amaliya Pənahova ailə həyatı ilə bağlı bir çox etiraflar edib. O bu haqda Milli.Az-a danışıb:

"Həyat yoldaşım, xalq artisti Yusif Muxtarov, siz bilirsiniz ki, 30 ildən artıq Azərbaycan televiziyasının qızıl səsli aparıcı diktoru olub. Bakı Bələdiyyə Teatrını da biz onunla bərabər açdıq. Ailə həyatımızda iki övladımız dünyaya gəldi. 17 yaşından biz birgə idik. Bu il onun 75 yaşı tamam oldu, amma 70 yaşına da heç çatmadı. Onun yoxluğunu hər an hiss edirik. Amma həyatdakı təsəlli sənətim, övladlarım və nəvələrimdir. Keçən il qız nəvəmin toyunu etdik. Ortancıl nəvəm hələ ki, universitetdə təhsil alır. Kiçik nəvəm isə yanımdadır. Onun da aktyorluğa çox böyük marağı var. Amma istərdim ki, aktyor olmamışdan öncə əlində diplomu olsun. Əgər bu cür olarsa, mən də onun filmlərdə çəkilməsinə köməklik göstərəcəyəm. Haraya gedirəmsə, onunla gedirəm, məndən də hündürdür. Mən hamısını çox istəyirəm, heç birini ayırmıram".

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.