Mədəniyyət

Xalq artisti ağır günlər yaşayır: "Gücsüzəm, pulum yoxdur" - YENİLƏNİB - FOTO

30 İyul 2016 13:46
15 Şərh     Baxış: 14 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:46

Xalq artisti Arif Quliyev ağır günlər yaşayır.

Aktyorun 1Xəbər.com-a verdiyi məlumata görə, həyat yoldaşı Gülzar xanımın vəziyyəti pisləşib. 

Arif Quliyev xanımının müalicəsinin xaricdə davam etdirilməsinin lazım olduğunu deyib: 
"Yoldaşıma Hepatit C diaqnozu qoyulub. Buna qaraciyər serrozu da demək olar. Yataq xəstəsidir. Hazırda Kliniki Tibbi Mərkəzdə yoluxucu xəstəliklər şöbəsində müalicə alır. Bu gün evə gətirmişəm. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər. Şənbə və bazar günlərini evində olsun. Bazar ertəsi yenidə xəstəxanaya aparacam".

Həyat yoldaşının müalicəsi üçün pulu olmayan xalq artisti rayonlarda mono-tamaşalar göstərərək tələb olunan pulu özü qazanmaq fikrindədir: 
"Gülzar çox əziyyət çəkir, ona kömək etmək istəyirəm, amma gücsüzəm. Pulum yoxdur. Mən iki il qabaq xəstəliyə tutulanda müalicə xərclərini dövlət öz üzərinə götürdü. Allah hökumətimizdən razı olsun. Daha heç kimdən pul istəyə bilmərəm. Gülzarın müalicəsi üçün lazım olan pulu özüm qazanmalıyam. Rayonlara üz tutacam. Səhnəciklərlə çıxış edib, bilet satışından əldə olunan pullarla onu xarici ölkələrin birinə müalicəyə aparacam. Bir balaca dirçəlsə, mən də pul tapsam, müalicəyə aparacam. Həddinən artıq çox pul lazımdır. Bilmirəm, bu vəsaiti toplaya biləcəm, ya yox".

Xəstəlik 57 yaşlı Gülzar xanımda təxminən 7 ay əvvəl aşkarlanıb. Uzun müddət xəstəxanada müalicə alan xəstəyə artıq 2-ci qrup əlillik dərəcəsi təyin edilib. 

Hazırda 66 yaşlı Arif Quliyevin öz səhhəti də qənaətbəxş deyil. Aktyorun əsas problemi beyinə qanın normal işləməməsidir.

----------

11:11

Xalq artisti, aktyor Arif Quliyevə həyat yoldaşının xarici ölkələrin birində müalicəsi üçün pul lazımdır.
 
Publika.az-a açıqlama verən aktyor bu məqsədlə solo-layihəsini təqdim etmək niyyətindədir:
 
"İstəyirəm rayonlarda solo-layihə təqdim edim. Səhnəciklərlə çıxış edib, bilet satışından əldə olunan pulları toplayıb xanımımı xarici ölkələrin birinə müalicəyə aparmaq niyyətindəyəm.

Ya İran, ya Türkiyə, fərqi yoxdur. Əsas olan puldur. Yoldaşım qaraciyər serrozundan əziyyət çəkir, indi də yataqdadır, müalicə alır. Bir balaca dirçəlsə, mən də pul tapsam, müalicəyə aparacam. Həddən artıq çox pul lazımdır. Bilmirəm, bu vəsaiti toplaya biləcəm, ya yox".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.