Mədəniyyət

Mingəçevirlə Qars "qardaşlaşdı"

26 İyul 2016 15:36
Baxış: 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir və Qars şəhərləri arasında "Qardaşlaşma" sazişi imzalanıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov məlumat verib.

İcra başçısının müavini bildirib ki, imzalanma mərasimi Qarsda təşkil olunub.

Tədbirdə Azərbaycanı Mingəçevir şəhər bələdiyyəsinin sədri Coşqun Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Nümayəndə heyəti iyulun 25-də Qarsa səfər edib və artıq tərəflər arasında sənəd imzalanıb. Nümayəndə heyətinin səfəri iyulun 29-da başa çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.