Mədəniyyət

Xalq artisti: "Gənclərimiz söyüşü elə alqışlayırlar ki..." - FOTO

25 İyul 2016 16:28
1 Şərh     Baxış: 2 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni təklfilər alıram. Onlar arasında serial da, film də var. Bir də özümün maraqlı layihəm var, onu reallaşdırmaq istəyirəm.

Bu sözləri xalq artisti Həmidə Ömərova axşam.az-a açıqlamasında deyib. 

Rol aldığı "Xəzər" telekanalında yayımlanan "Bir ailəm var" serialı başa çatan aktisa yeni planlarından, gənc aktyorlardan danışıb:

"İstedadlı gənclərimiz var və onları bəyənirəm. Elə bizim serialda çox istedadlı uşaqlar yer alırdı. Onları tənqid yox, qəbul etmək lazımdır. Tərəf müqabilin güclü olanda sevinirsən ki, səhnə alınır. Biz yaşlı nəslin nümayəndələri gənclərə dəstək olmalıyıq. Küçədə gedəndə artıq bizi serialdakı obrazlarımızla tanıyırlar". 

Aktrisa yeni seriala dəvət aldığını söyləyib:

"Xəzər" telekanalında 4-5 serial çəkiləcək. Onlardan ikisinin çəkilişləri başlayıb. Birinə də mən çəkiləcəm.
 
Yeni çəkilən çox filmdə rol almışam. Hazırda filmlər arasında rəqabət var, bu da yaxşı haldır. 

Tək mənfi cəhətimiz itirdiyimiz tamaşaçını kino zallarına qaytara bilməməyimizdir. İllərdi tamaşaçı kinoteatrlardan ayrı düşmüşdü və televiziya eykranına bağlanmışdı. Buna görə marketink inkişaf etməyib, nümayiş pisdi. Xaricdə olduğu kimi edə bilmirik".

H.Ömərova müasir filmlərdəki söyüşlərdən söz açıb:

"Köhnə türk filmlərinə baxanda görürük ki, orada da söyüşlər var. İndi ona görə də biz türk filmlərindəki sözləri rahat qəbul edirik. Bizim kinomuzda, mədəniyyətimizdə bu olmayıb. Ona görə də tamaşaçı əsəbiləşir. Bilmirəm buna öyrəşmək lazımdır, yoxsa etiraz etmək. Bu yaxınlarda bir film gördüm çox söyüşlər var idi. 200 nəfərlik zala 500 adam yığışmışdı, yerdə oturmuşdular. Hər söyüşü gənclər elə alqışlayırdılar ki... Səbəbini soruşanda isə dedilər ki, "Real həyatdan götürülüb".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.