Mədəniyyət

Bakı bulvarında açıq rəqs dərsləri keçiriləcək - FOTO

23 İyul 2016 17:50
Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 24-nən başlayaraq, yay mövsümünün bağlanmasına qədər, hər bazar günü Bakı Dənizkənarı Parkda - Bulvarda bütün əhali üçün müxtəlif rəqs növləri üzrə açıq dərslər keçiriləcək. Tədbir Azərbaycan Gənclər İttifaqının (AGİ) və Azərbaycan Rəqs Assosiasiyası (ARA), Jam SS rəqs ansamblı və Bulvar rəhbərliyinin dəstəyi ilə həyata keçirilir. Hər kəs 19:00-dan - 21:00-dək açıq dərslərdə iştirak edə bilər. Dərslər Jam SS Studianın peşəkar müəllimləri, Azərbaycan və Qafqaz çempionları, Avropa və dünya mükafatçıları tərəfindən həyata keçiriləcək.

Azərbaycan Rəqs Assosiasiyasının sədri Əziz Əzizov: "Bizim əsas  məqsədimiz gəncləri rəqslərə və sağlam həyata cəlb etməkdir. Gənclərin sağlam inkişafı üçün bu, əsas məqsəddir. Bu tədbirlərin yerinə yetirilməsi,  gənclərin asudə vaxtının layiqli həyata keçirilməsini bir məqsəd kimi qarşımıza goymuşuq. Ölkəmizin gələcəyi üçün bu çox vacibdir".

Biz adi vətəndaşları və rəqs kollektivlərini bizim dərslərdə iştirak üçün dəvət edirik. Biz bu tədbirlərə, həmçinin uşaq evlərində, internatlarda yaşıyan və tərbiyə alan uşaqları, həmçinin imkansız ailələrdə yaşayanları dəvət edirik. Çalışırıq ki, bütün uşaqlar və cavanlar imkanlarından asılı olmayaraq inkişaf edib, bütün biliklərə nail olsunlar.

Açıq dərslər bir neçə rəqs sahələrində həyata keçiriləcək: Milli rəqsimiz, Latino, Oriental, Hind, Hip-Hop, Zumba və Fitnes.
Azərbaycan Rəqs Assosiasiyası  və Azərbaycan Gənclər İttifaqı, Bakı Dənizkənarı Parkının rəhbərliyinə bu boyük sosial layihəyə dəstək verdikləri üçün təşəkkür edir.

İnformasiya dəstəsi Trend.az, Day.az, Milli.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.