Mədəniyyət

Astarada "Ağ ölüm" - FOTO

1 İyul 2016 18:11
0 Şərh     Baxış: 1 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti artıq bir neçə gündür ki, Respublikamızın bölgələrinə qastrol səfərindədir.

Milli.Az xəbər verir ki, V.Siqarevin "Şeytan ailəsi" əsəri əsasında hazırlanmış "Ağ ölüm" tamaşası ötən gün Yardımlı və Lənkəran rayonlarında uğurla nümayiş etdirilib. Rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanan tamaşa hazırda Lerik rayonunda nümayiş etdirilir. Axşam saat 18.00-da isə tamaşa Astara rayonunda nümayiş etdiriləcək. Həmin tamaşa ilə də Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 88-ci teatr mövsümünə yekun vuracaq.
Bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə nümayiş etdiriləcək tamaşada əsas obrazları Əməkdar Artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev ifa edəcəklər.

Məlumat üçün bildirək ki, səfər Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" və 24 iyun 2013-cü il tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı", eləcə də 2016-cı ilin "Multikulturalizm ili" elan olunması çərçivəsində baş tutur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.