Mədəniyyət

Park Cinema kinoteatrlar şəbəkəsi yeni mobil tətbiqi istifadəyə verdi

29 İyun 2016 16:29
Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda və bölgədə ilk və ən böyük yeni nəsil kinoteatrlar şəbəkəsi özünün App Store və Google Play-də yüklənməsi mümkün olan yeni mobil tətbiqini istifadəyə verib. Bu barədə Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev məlumat verib.

"Yeni Park Cintema mobil əlavəsi çox rahatdır. Onun sayəsində evdə, kafedə, gəzintidə və ya nəqliyyatda olmağınızdan asılı olmayaraq siz repertuarla tanış ola, yəni hansı kinoteatrlarda hansı filmlərin getdiyini, seansların vaxtını öyrənə bilərsiniz. Yeni tətbiq arzu edən hər kəsə dərhal onun vasitəsilə cəmi bir neçə toxunuşla bilet almağa da imkan verir", - deyə Namiq Quliyev bildirib.

Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru funksional rahatlığından əlavə yeni mobil tətbiqin tamamilə yeni dizaynı olduğunu qeyd edərək Park Cinemanın bu məhsulunun kinosevərlərin ürəyincə olacağına əminliyini ifadə edib. "Park Cinema yeni mobil tətbiqinin ölçüsünün kiçik olması onu demək olar ki, bütün smartfon istifadəçiləri üçün əlçatan edir və qısa müddət ərzində yükləmələrin sayı onun populyarlığının sürətli temlə artdığından xəbər verir", - deyə N.Quliyev sözlərinə əlavə edib.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.