Mədəniyyət

Məşhur rejissor xəstəxanaya düşdü

25 İyun 2016 17:11
0 Şərh     Baxış: 1 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Kinematoqrafçılar İttifaqının sədri, tanınmış rejissor Nikita Mixalkov xəstəxanaya yerləşdirilib. 

"Report" xəbər verir ki, buna səbəb onun ağ ciyərlərində yaranan problem olub.
Ona görə də Nikita Mixalkov prezidenti olduğu 38-ci Beynəlxalq Moskva Kinofestivalının açılışında iştirak edə bilməyib.
"Nikita Sergeyeviç ağ ciyərlərin kəskin soyuqdəyməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Özünü zəif hiss edən rejissor Beynəlxalq Moskva Kinofestivalının tarixində ilk dəfə olaraq, tədbirin açılışında iştirak edə bilməyib. Amma festivalın gedişini xəstəxanadan izləyib. N.Mixalkov tədbirin bağlanış günü - iyunun 30-dək nüfuzlu tədbirə qatılacaq", - deyə Rusiya Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.