Mədəniyyət

"Youthvision" mahnı müsabiqəsi hər il keçiriləcək"

24 İyun 2016 20:27
Baxış: 1 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Youthvision" beynəlxalq mahnı müsabiqəsi hər il keçiriləcək.

APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov müsabiqənin final mərhələsindəki çıxışında deyib.

Nazir qeyd edib ki, növbəti illərdə müsabiqədə iştirak edəcək ölkələrin sayı genişləndiriləcək: "Builki müsabiqədə 19 ölkə iştirak edir. İnanıram ki, gələcəkdə gənclər bu müsabiqəyə daha çox maraq göstərəcək və layihə uğurla davam edəcək".

Qeyd edək ki, müsabiqənin ümumi mükafat fondu 6 min dollardır. Müsabiqənin keçirilməsinə 150 min manat vəsait sərf olunması nəzərdə tutulub. Yol xərcləri müsabiqədə iştirak edəcək iştirakçı və münsiflər tərəfindən ödənilir. Beynəlxalq tədbirdə 14-35 yaşlarında gənclər iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.