Mədəniyyət

Üzeyir Hacıbəylinin "Ər və arvad" tamaşası - FOTO

24 İyun 2016 13:38
Baxış: 1 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin "Ər və arvad" iki hissəli musiqili komediyası növbəti dəfə nümayiş olunacaq.

Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, tamaşanın nümayişi bayram günündə - 26 iyun tarixində saat 19.00-da baş tutacaq. Azərbaycan Dövlət Musiqili Teatrının əsası ötən əsrin əvvəllərində - 106 il bundan öncə - 1910-cu ildə Üzeyir Hacıbəylinin məhz bu ölməz səhnə əsəri ilə - "Ər və arvad" tamaşası ilə qoyulub.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı əməkdar rəssam Eldar Qurbanov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Elməddin Dadaşov və Tamilla Aslanovadır. Rolları əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, Emma Məlikova, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Fərid Rzayev və Ruslan Mürsəlov ifa edirlər.

Azərbaycan Dövlət Musiqili Teatrı Azərbaycan Silahlı Qüvvələri Gününü və iyun ayının son həftəsini bayram əhval-ruhiyyəsi ilə başa vurmaq arzusunda olan hər kəsi "Ər və arvad" tamaşasını izləməyə dəvət edir. Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN xidmət" mərkəzlərindən əldə etmək olar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.