Mədəniyyət

"Yeddi oğul"dan birinin doğum günüdür

29 May 2016 11:54
1 Şərh     Baxış: 1 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elçin Məmmədov 29 may 1946-cı ildə Mehdi Məmmədov və Barat Şəkinskayanın ailəsində dünyaya göz açıb. 

Publika.az xəbər verir ki, orta məktəbi qurtardıqdan sonra o, Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinə daxil olub. İlk dəfə uşaqlıq dostu Azərpaşa Nemətovun Gənc Tamaşaçılar Teatrında rus dilində quruluş verdiyi "Mənim qardaşım klarnetdə çalır" tamaşasının rəssamı olub. Sonralar daha çox atası ilə birlikdə çalışıb. Bakıda fəaliyyət göstərən bütün teatrlarda, eyni zamanda, Moskva, Arxangelsk, Serebrovskidə də 100-dən çox tamaşada rəssamlıq edib. Akademik Milli Dram Teatrının baş rəssamı olub. Mehdi Məmmədovun quruluş verdiyi "İblis" tamaşasına görə Dövlət Mükafatı laureatı adını alıb. Elçin Məmmədovun rəssam kimi quruluş verdiyi son tamaşası da Azərpaşa Nemətovla olub.
 
Ömür vəfa etsəydi, "Hamlet" tamaşasında rəssam işlərini sona yetirəcəkdi. Ancaq qismət olmur. Son işi yarımçıq qalır.
 
Elçin Məmmədov milli kinomuzda "Yeddi oğul istərəm"də Mirpaşa, "Dədə Qorqud"da Qaraca çoban kimi yaddaqalan obrazlar yaradıb.
 
Rəssam, aktyor Elçin Məmmədov ömrünün 55-ci baharında dünyasını dəyişib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.