Mədəniyyət

Əməkdar artistin filminin təqdimatı oldu - FOTO

28 May 2016 10:23
17 Şərh     Baxış: 1 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist İlqar Muradovun rol aldığı "Xeyirlə şərin rəqsi" filminin premyerası olub.

Axşam.az-ın məlumatına görə, Nizami Kino Mərkəzində baş tutan qala gecəsinə sənət aləminin tanınmış simaları da qatılıb. 

Filmin nümayişindən əvvəl yaradıcı heyətlə görüş keçirilib.

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov son illərdə Azərbaycan kinosunun dünyada irəliləyişindən danışıb.

"Xeyirlə şərin rəqsi" filminin quruluşçu rejissoru Yavər Rzayev çəkiliş qrupunu təqdim edib.

Xalq yazıçısı Çingiz Abdullayev bildirib ki, bu, onun əsərləri əsasında Azərbaycanda çəkilən üçüncü filmdir. Ümumiyyətlə isə onun romanları əsasında 10 film çəkilib.

Ekran işində baş rolu canlandıran İ.Muradov qeyd edib ki, onun üçün Çingiz Abdullayevin bir çox kitablarının əsas qəhrəmanı olan Dronqonun rolunda çəkilmək böyük şərəfdir. İ.Muradov Ç.Abdullayevə filmin qəhrəmanının əsas atributunu - çəliyi bağışlayıb.

Filmin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Yavər Rzayev, ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı əməkdar rəssam Rafiq Nəsirov, bəstəkarları xalq artisti Siyavuş KərimiEmin Kərimi, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə xalq artisti Məbud Məhərrəmov, əməkdar artistlər Qurban İsmayılov və İlqar Muradov, aktyor Rasim Cəfərov və başqaları çəkiliblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.