Mədəniyyət

Sensasiya! Üçəm ana bətnində əməliyyat olunub

28 May 2016 00:35
2 Şərh     Baxış: 2 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Omsk şəhərində (Rusiya Federasiyası) yaşayan qadının bətnində olan üçəmdə nadir patologiya aşkarlanıb.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, 3 uşaqda bir qan dövranı sistemi var idi. Qan bir uşaqdan digərinə dövr edirdi. Körpələrə təcili cərrahi əməliyyat tələb olunurdu, əks halda körpələr həlak ola bilərdi.

Rusiya KİV-lərin məlumatlarına əsasən, Ekaterinburq şəhəri (Rusiya Federasiyası) Elmi-tədqiqat institutunun alimləri ana və körpəyə kömək edə biliblər. Həkimlər lazerin köməyi ilə uşaqları birləşdirən ümumi damarlar ayırıblar. Artıq hər uşağın öz qan dövranı sistemi var. Bu nadir və mürəkkəb əməliyyat bətndaxili olmaqla keçirilib.
Həkimlərin sözlərinə görə, ana və körpələrin vəziyyəti yaxşıdır, uşaqlar normal inkişaf edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.