Mədəniyyət

Açıq səma altında möhtəşəm bayram konserti olacaq

27 May 2016 13:48
Baxış: 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, iyunun 1-də  Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar açıq səmada, fərqli təqdimatda bayram konserti  keçirəcək.   

Bakı şəhərinin incəsənət məktəblərində təhsil alan istedadlı şagirdlərin əl işlərindən ibarət sərgi,  İdarənin nəzdindəki uşaq musiqi və incəsənət məktəblərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim ediləcək.

Bayram konserti Nizami Kino Mərkəzinin arxasında yerləşən görkəmli bəstəkar Qara Qarayevin heykəli önündə  saat 14:00-da başlanacaq.

Bakı sakinlərini və şəhərimizin qonaqlarını  konsert proqramını izləməyə dəvət edirik!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.