Mədəniyyət

Çarli Çaplin və gül satan qız - FOTO

27 May 2016 19:10
Baxış: 1 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AzTV kanalında "Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə getdi. Tamaşaçılar zəkaların "Çarli Çaplin" mövzusunda olan mübarizələrini izlədilər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dillər Universitetinin tələbəsi Emil Əliyev, sarı yolda Bakı Dövlət Universitetinin tələbəsi Zümrüd Şirinova, yaşıl yolda isə Bakı Ali Neft Məktəbinin tələbəsi İnsafəli Səmədov mübarizə apardı. Bu qarşılaşmanın qalibi Zümrüd Şirinova oldu.

"Getdikcə finala daha da yaxınlaşırıq, Bunu verilişi izləyən zaman istər natiqlik qabiliyyəti, istər yolların seçimi, istərsə də elə oyun zamanı zəkaların sualları cavablandıran zaman keçirdiyi həyəcan və məsuliyyət hissindən anlamaq olar. Ancaq biz tamaşaçılara oyun həyəcanı ilə yanaşı verilişi maraqlı mövzu, səhnəcik və başbilənlərlə daha rəngarəng yolla da çatdırmaq niyyətindəyik. Bu həftə yayımlanan dahi aktyor Çarli Çaplinə həsr olunmuş verilişimizdə 1931-ci ildə rejissoru olduğu "Böyük şəhərin işıqları" filmindən bir səhnəni canlandırdıq. Səhnəciyin öhdəsindən respublikanın əməkdar artisti Salman Bayramov və mənim köməkçim Gülsarə Qasımova birgə gəldi. Ümid edirik, tamaşaçılar üçün maraqlı və yaddaqalan oldu".

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.