Mədəniyyət

Opera və Balet Teatrında "Qaraca qız" baletinin premyerası keçiriləcək

25 May 2016 15:51
0 Şərh     Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər il 1 iyun - Uşaqları Beynəlxalq müdafiə günü ərəfəsində Opera və Balet Teatrında kiçik yaşlı tamaşaçılar üçün yeni bir tamaşanın səhnəyə qoyulması artıq bir ənənə şəklini almışdır.

Opera və Balet Teatrının Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, bu dəfə də öz ənənəsinə sadiq qalan Teatr uşaqlara Süleyman Sani Axundovun eyniadlı povestinin motivləri əsasında Əşrəf Abbasovun bəstələdiyi "Qaraca qız" baletinin tamaşasını təqdim edəcəkdir.

Balet cəmiyyətdəki ədalətsizliyin, bərabərsizlik və amansızlığın qurbanı olan qəhrəmanın - Qaraca qızın bədbəxt taleyindən, bununla yanaşı onun xeyirxahlığı, sədaqəti, insanlara hədsiz məhəbbətindən bəhs edir.

Tamaşanın quruluşçu baletmeysteri Azərbaycan Respublikasının əməkdar artisti Samir Səmədov, dirijoru xalq artisti, professor Cavanşir Cəfərodvdur.

Əsas rollarda balet truppasının gənc solistləri - Milli və klassik rəqs üzrə Qəmər Almaszadə adına I beynəlxalq müsabiqənin Qran-pri mükafatının laureatı Cəmilə Kərimova, I mükafatın sahibi Timur Oduşev, əməkdar artist Alsu Qimadiyeva, solistlərdən Elmira Süleymanova, Səbinə Məmmədova, Səbinə Abdullayeva, Anar Tahirov, Faiq Qubadov və b. çıxış edəcəklər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.