Mədəniyyət

AIOK məktəbli çempionatının qalibləri məlum oldu - FOTO

25 May 2016 16:18
Baxış: 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan" İntellektual Oyunlar Klubu məktəbli çempionatının qalibləri bəlli oldu.

Milli.Az xəbər verir ki, 2015-2016-cı təhsil ilini əhatə edən, "Azərbaycan" İntellektual Oyunlar Klubu nun təşkilatçılığı ilə davam edən məktəbli çempionatına yekun vuruldu, Akademik Zərifə Əliyeva adına liseyin tərəfdaşlığı ilə keçirilən və ümumilikdə 60-dan çox komandanın iştirak etdiyi "Nə? Harada? Nə zaman?" oyunu üzrə çempionatın final oyunu baş tutdu.

"Nə? harada? Nə zaman?" oyunu üzrə üçüncü yerdə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyini təmsil edən "Zodiak" komandası, ikinci yerdə Bakı Türk Anadolu liseyinin "İmagine" komandası, birinci yerdə isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyininin " Oliqarx "komandası qərarlaşıb.

Final oyununda turnir boyunca toplam olaraq ən yüksək xalı toplamış 8 komanda püşkatma yolu ilə "Breyn Rinq" oyununda qarşılaşdılar. Oyun nəticəsinə görə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin "Oliqarx" komandası 3-cü yer, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin "Zodiak" komandası 2-ci yer, Bakı Türk Anadolu liseyinin "İMAGİNE" komandası isə 1-ci yerin sahibi oldu. Qalib komandalar AİOK tərəfindən diplom və hədiyyələrlə təltif olundular.

"Məktəbli cempionatı klubumuzun daima diqqətindədir. Əvvəlki illərdə regionlarda mütəmadi yarış və turnirlər təskil edirdik. Bu ildən etibaren regionlarla yanaşı Bakı şəhərini əhatə edən böyük bir çempionat kecirdik. Gələn tədris mövsümündən etibarən cempionatı daha da genisləndirməyi, yeni məktəb və rayonları da cəlb etməyi planlaşdırırıq", - deyə klubun prezidenti Aydın Piriyev bildirib.

Nəzərinizə çatdıraq ki, ali məktəblərlə parallel olaraq orta ümumi və orta ixtisas təhsil müəssisələrində də AİOK-un təşkilatçılığı ilə bir sıra intellektual oyunlar, çempionatlar həyata keçirilir. Belə ki, məktəbli liqasının ümumi xal toplanması nəticəsində ilk 8 komanda arasında bu həftə " Breyn Rinq" oyunu nəticəsində qaliblər müəyyən olunacaq.

"Azərbaycan" İntellektual Oyunlar Klubu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Avrasiya Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Edinburq Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Kompyuter Kollecində oyunlar təşkil edir.

Eyni zamanda, həftənin bazar günləri AİOK-un təşkilatçılığı ilə Azərbaycan və rus dillərində "Nə? Harada? Nə zaman?", "Fərdi Oyun" və "Breyn Rinq" formatında oyunlar keçirilir. Oyunlarda tələbələrarası çempionatlarda aktivlik göstərən ali müəssisələrini təmsil edən komandalar, intellektual hərəkatda aktiv olan tələbə gənclər və ümumi intellektuallar iştirak edir. Klub iki dildə oyunlar təşkil edən yeganə intellektual klubdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.